SOCAR: Daxili bazarda defisiti aradan qaldırmaq üçün 3 milyard kubmetr qaz alınıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın ən böyük qaz yatağı olan "Şahdəniz"də hasilatın həcmi 10 faiz artaraq 8,21 milyard kubmetrə çatıb. "APA-Economics" xəbər verir ki, bunu SOCAR-ın Neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezident Rəhman Qurbanov "Natural Gas World" nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycan daxili bazardakı qaz defisitini aradan qaldırmaq üçün "Şahdəniz" yatağından hasil olunan 2,64 milyard kubmetr qaz alıb: "Bu, "Şahdəniz" yatağından çıxarılan və satışa yönəldilən qazın ümumi həcminin 32,9 faizini təşkil edir. Müvafiq olaraq, Azərbaycan Dövlət Neft Fondu iyun ayından bəri "Şahdəniz" yatağından hasil olunan qazın satışından heç bir gəlir əldə edə bilməyib".
Vitse-prezident əlavə edib ki, qazın digər hissəsi isə Gürcüstan vasitəsilə Türkiyəyə nəql edilib və rəsmi Tbilisi nəql olunan qazın 5 faizini tranzit haqqı olaraq əldə edib.
R.Qurbanov deyib ki, sentyabrda Azərbaycan Gürcüstana 715,9 milyon kubmetr qaz tədarük edib.
Bu müddət ərzində İrana 167,3 milyon kubmetr qaz nəql olunub: "İran əldə olunan Azərbaycan qazının 15 faizini svop haqqı kimi götürür, qalan qaz həcmlərini isə öz ərazisi ilə Naxçıvan Muxtar Respublikasına göndərir".
SOCAR rəsmisi bildirib ki, bu il ərzində səmt qazı da daxil olmaqla, ölkədə ümumi qaz hasilatı 22,289 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 741 milyon kubmetr çoxdur.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər