Şoyqu: "Rusiya NATO-nun addımlarına qarşı cavab tədbirləri görəcək"
"ABŞ başda olmaqla, NATO-nun Rusiyaya hücum potensialının artmasına cavab olaraq, rəsmi Moskva Rusiya-Belarus İttifaqı Respublikasının qərb sərhədlərinin gücləndirilməsi istiqamətində tədbirlər görür".
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu fikirləri Rusiyanın müdafiə naziri Sergey Şoyqu səsləndirib.
O, həmçinin Şimali Atlantika Müqaviləsi Təşkilatının sözü gedən ərazilərdə yeni bazalar yerləşdirdiyini, eləcə də hərbi potensialını gücləndirdiyini, Qərbin digər ölkələr üzərində öz hökmünü tətbiq etmək üçün iqtisadi və siyasi diktə, eləcə də hərbi üsuldan istifadə etdiyini də dilə gətirib və bu addımlara qarşı ölkəsinin cavab tədbirləri görəcəyini bildirib: "İndi açıq şəkildə informasiya müharibəsi aparılır. Bütün bu addımlar strateji stabilliyi pozur və Rusiyanı Qərb istiqamətində strateji xarakterli müdafiə tədbirləri görməyə vadar edir".
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər