Şabranda sərnişin avtobusu yük maşını ilə toqquşdu

Bu gün Bakı-Quba-Rusiya dövlət sərhədi yolunda yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın 128-ci km-də, Şabran rayonunun Dəvəçi kənd kəndi ərazisində qeydə alınıb.

 

Bakıdan Xaçmaz istiqamətində hərəkətdə olan Aydın Qasımovun idarə etdiyi 27 AC 622 dövlət nömrə nişanlı “Hyundai” markalı sərnişin avtobusu ilə Samux rayon sakini, 1979-cu il təvəllüdlü Vüqar Hümbətovun idarə etdiyi 99 XP 579 dövlət qeydiyyat nişanlı “Ford” markalı yük maşını toqquşub. Qəza nəticəsində bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxs Siyəzən rayon sakini Bəşirov Rəhim Sülhiddin oğlu Şabran Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib, müalicəsi davam etdirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vəli Turan

OXŞAR XƏBƏRLƏR