Pirallahıda əczaçılıq zavodunun təməli qoyuldu

Bu gün Pirallahı Sənaye Parkında əczaçılıq zavodunun təməli qoyulub. APA TV xəbər verir ki, tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Aleksandr Tsibulskinin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

 

Rəsmi şəxslərlə yanaşı, tədbirə zavodun səhmdarları olan Azərbaycan İnvestisiya Şirkəti, "Vita-A", Rusiyanın "R-Farm" şirkətinin nümayəndələri də qatılıb.

 

Layihənin dəyəri 74 mln. dollar təşkil edir. Zavodda ilkin mərhələdə 100-dən çox əczaçılıq məhsullarının istehsalı nəzərdə tutulur.

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR