Göyçayda ikiayaqlı it doğuldu
Göyçayda fərdi təsərrüfatların birində ev heyvanları ilə bağlı daha bir maraqlı hadisə yaşanıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, itin yenicə dünyaya gələn 3 balasından birinin iki ayaqlı olması görənlərin marağına səbəb olub.
Bu qeyri-adi hadisə rayonun Qaraməryəm kənd sakini Şamil Ələsgərovun həyətində qeydə alınıb. Onun oğlu Azad Ələsgərovun bəslədiyi itin yeni doğulan balasının cəmi iki ayağı var.
Azadın sözlərinə görə, həmişə həyətdə it saxlamasına baxmayaraq, ilk dəfədir ki, bu cür qeyri-adi hadisə ilə rastlaşıb. Əvvəllər Göyçay rayonunda ikiayaqlı quzu və buzovun doğulduğunu eşitsə də, itin bu cür doğulmasına ilk dəfədir ki, rast gəlir.
İkiayaqlı doğulan iti görənlər heyrətlənir. Anadan ikiayaqlı doğulmasına baxmayaraq, balaca itə hamı maraq və qayğı göstərir. İki ayağı üstündə atlana-atlana gəzən heyvanı sahibi öz əli ilə yedizdirir. Kənd sakinlərinin marağına və təəccübünə səbəb olan iki ayaqlı it onunla eyni vaxtı doğulan digər bala itlər kimi rahat qidalana bilir, lakin hərəkət etməkdə çətinlik çəkir. Yerli baytar həkimlərin sözlərinə görə, fiziki qüsurlu doğulan bu itin yaşama şansı çox azdır.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər