Əbu Hattab: "Suriyada türk ordusuna 30 min döyüşçü ilə dəstək verəcəyik"
Suriyada döyüşən nüfuzlu komandirlərdən olan Əbu Hattab önümüzdəki günlərdə Tel Abyad, Münbiç ve Rəqqaya hər hansı əməliyyat üçün 30 minlik döyüşçünün hazır olduğunu bildirib.
APA TV-nin məlumatına görə, Türkiyənin "Yeni Şafak" qəzetinə danışan döyüşçü Türkiyə tərəfindən başlanacaq belə bir əməliyyatla bütün bu şəhərlərin terrorçulardan təmizlənəcəyini bildirib.
2011-ci ildə öldürülən komandir Əbdülkadir Salih ilə birlikdə Liva Tevhid Briqadasını quran Əbu Hattab Əsəd rejimi, İŞİD və PYD-yə qarşı döyüşləri rəhbərlik etdiyi "Əl-Saffa İslami" qrupu ilə aparır. Suriyalı komandir "Fərat qalxanı" əməliyyatının başlaması ilə Suriyada yeni dövrün başladığını, Azez, Cerablus, Aktarin ve Dabık qələbələrindən sonra Əl Babın da yaxında azad olacağını deyib.
Abu Hattab Əl-Babdan sonrakı hədəflərinin Tel Abyad, Münbiç və Rəqqa olacağını, bunun üçün 30 minlik döyüşçünün hazır olduğunu qeyd edib. Onun sözlərinə görə, Rəqqa, Haseke ve Deyr əz-Zor kimi vilayətlərdə əşirət rəhbərləri ilə anlaşmaq mümkün olsa bu say 65-70 minə çıxa bilər: "İŞİD və PYD-nin bu bölgələrdə varlığına son qoymaq üçün ehtiyacımız olan maksimum döyüşçü sayı 30 mindir. Ancaq müharibə təkcə PYD və İŞİD-dən ibarət deyil. Toplanan güc Əsədə qarşı yenidən hücuma keçməyimizi hər iki terror təşkilatından sonra Haseke, Deyr əz-Zor və Rəqqa ətrafının Əsəd və müttəfiqi şiə terror qruplarından təmizləməyimizi təmin edər. Bizim müxalif qüvvələr olaraq PYD ilə döyüşəcəyimiz qaçılmazdır. Buna qəti şəkildə inanırıq. Ancaq bu mövzuda ABŞ-ın niyyətli yaxşı deyil. Vaşinqtonun PYD israrı bölgəni böyük bir qeyri-müəyyənliyə və xaosa sürükləyir".
Əbu Hattab Suriyanın şimalında onlara böyük qardaşlıq edən Türkiyənin dəstəyi ilə istiqlal mübarizəsi apardığını söyləyib: "Türkiyə ilə əlaqələrimiz artıq tale oxşarlığından belə irəli məna qazanıb və yalnız Türkiyənin dostluğuna inanırıq".
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər