İraq ordusu Mosulda ön xəttə yaxınlaşıb - İŞİD-Ə AĞIR ZƏRBƏ

İraq ordusu İŞİD terror qruplaşmasına qarşı Mosulda həyata keçirdiyi əməliyyatlarda heç bir itki olmadan ön xəttə yaxınlaşıb.

 

APA TV-nin məlumatına görə, bu barədə İraqın Terrorizm Əleyhinə Xidmətinin rəsmisi Sabah əl-Numan məlumat verib.

 

Onun sözlərinə görə, döyüşlərdə çoxlu sayda İŞİD qüvvələri məhv edilib. Əl-Numan Mosulun mərkəzində ön xətti dağıtdıqlarını və şəhərə şərqdən daxil olmaq üçün vacib qapı olan məntəqəni azad etdiklərini vurğulayıb.

 

Qeyd edək ki, Mosul İraqda İŞİD-in nəzarətində olan sonuncu yaşayış məntəqəsidir. Hökumət qüvvələri ilk dəfə olaraq 2014-cü ilin iyunundan bəri mühasirədə olan Mosul şəhərinin ətrafına daxil olub. Bu gün İŞİD-ə qarşı əməliyyatların 17-ci günüdür. Əməliyyatlara kürd peşmərgə qüvvələri və sünni ərəb tayfaları da daxil olmaqla 50 min nəfər qatılıb.

 

17 oktyabrda şəhər uğrunda hücum başlamazdan əvvəl Mosulda 3-5 min nəfərə qədər silahlının, 1.5 milyon dinc sakinin olduğu ehtimal edilirdi.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR