Bakıda hava küləkli keçəcək, bölgələrdə yağış yağacaq

Bakı və Abşeron yarımadasında noyabrın 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

 

Ekologiya və Təbii Ehtiyatlar Nazirliyindən APA TV-nin verilən məlumata görə, havanın temperaturunun yarımadada gecə 5-7, gündüz 9-13 dərəcə, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında gözlənilən hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR