Ermənilər Ağstafaçay su anbarını kimyəvi maddələrlə çirkləndirir

Ermənistanla sərhəd olan rayonların sakinləri tez-tez güllə səsləri, mina partlayışları eşitməklə yanaşı, ekoloji hücuma da məruz qalırlar.

 

APA TV-nin qərb bürosunun xəbərinə görə, Qazax rayonunun sərhəd kəndində yerləşən  Ağstafaçay su anbarından düşmən ölkəyə məxsus xeyli miqdarda üzəri yazılı, vaxtı ötmüş içkilər, kimyəvi maddələr aşkarlanıb.

 

Anbarın ətrafı təmizlənən zaman şübhəli bağlamalar, partlayıcı maddələr də tapılıb ki, onları da ANAMA əməkdaşları zərərsizləşdirib.

 

Ermənistandan başlayan çaylar 104 km məsafədən 5 qol vasitəsilə su anbarını qidalandırır. İlk dəfə deyil ki, ermənilər qəsdən zərərli məhsullar atırlar. Bu zaman su hövzəsi çirklənməklə yanaşı, suyun rəngi də dəyişir. Su anbarına toplanan sudan Qazax, Ağstafa, Tovuz sakinləri də istifadə edirlər.

 

Ağstafaçay Hidroqovşağı İstismarı İdarəsindən bildirilib ki, su anbarının ətrafında təmizlik işləri aparılsa da, çaylarda su artdıqca, bu maddələr yenidən əraziyə daxil olur. Bir sözlə, düşmən hər vəchlə cəbhə sakinlərini zəhərləməyə, ziyan vurmağa çalışır. Ermənilərin ekoloji terrora məruz qoyduğu çaylarda aparılan monitorinqlər nəticəsində suyun tərkibindəki spesifik çirkləndiricilərin həddindən çox olduğu aşkarlanıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR