Bazar FES-in qərarına köklənib, neft sürətlə ucuzlaşır
Birjalarda neft ucuzlaşmaqda davam edir. APA TV-nin xəbərinə görə, uzun müddətdən sonra “Brent” markalı neft ilk dəfə olaraq 48 dollardan ucuz satılıb. Birjaların səhər seanslarında bu markadan olan neft 47,84 dollardan təklif olunur.
Qərbi Texas nefti də dəyər itirməkdədir. Dünən axşam seanslarında 47,25 dollardan təklif olunan WTİ nefti son saatlar ərzində təxminən 1 dollar ucuzlaşıb. Hazırda WTİ neftinin bir bareli 46,30 dollardır.
Ekspertlər noyabr ayını neft üçün ən ağır ay hesab edir. Son 10 ildə qara qızıl noyabrda orta hesabla 2,9 faiz ucuzlaşıb. 2014-cü ilin noyabrında neftin 17,9 faiz ucuzlaşdığını xatırlatmaq da lazımdır. Bu il ABŞ-da qazma qurğularının sayının may ayından etibarən artması və noyabrda rekord həddə çatması neftin ucuzlaşmasına təsir göstərən amillərdən biridir. OPEK-in hasilatı azaltmaq planının baş tutmaması bazara hələ də təsirini saxlayır, digər tərəfdən bazar iştirakçıları Federal Ehtiyat Sisteminin bu gün açıqlayacağı qərarı gözləyirlər. Dolların faiz dərəcəsinin artırılması ehtimalı böyük olduğundan, neftin qiyməti avtomatik olaraq ucuzlaşır.
OXŞAR XƏBƏRLƏR
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi