Funt sterlinq 2 manatı keçdi - GÜNÜN MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 1-i ilə müqayisədə artaraq 1,6490 manat təşkil edib.

 

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası möhkəmlənərək 1,8254 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0186 manatdır. Beləliklə, funt sterlinq də artım nümayiş etdirib.

 

Türkiyə lirəsinin məzənnəsi dəyişməyib, Rusiya rublu və Gürcüstan larisi isə bahalaşıb. Hazırda 1000 rubl 26 manat 10 qəpik, 100 lirə 52 manat 88 qəpik, 100 lari isə 68 manat 65 qəpikdir.


Azərbaycan Mərkəzi Bankı xarici valyutaların məzənnələrini həftə içi hər gün yeniləyir. Cümə günü axşam isə 3 günlük məzənnə açıqlanır.

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR