Hulusi Akar və Hakan Fidan rus generalları ilə görüşdü
Moskvada Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və onun türkiyəli həmkarı Hulusi Akar arasında danışıqlar keçirilib.
APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Baş Qərargah rəisləri Hələbdəki vəziyyətin normallaşdırılması daxil olmaqla, ümumilikdə, Suriyadakı böhranın nizamlanması üzrə əməkdaşlığa dair məsələləri müzakirə ediblər.
Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, Gerasimov türkiyəli həmkarını Hələbdəki humanitar vəziyyətin yaxşılaşdırılması istiqamətində Rusiyanın səyləri barədə məlumatlandırıb.
Suriyada “Cəbhə ən Nüsrə” terrorçu qruplaşmasını “mötədil” müxalifətdən fərqləndirilməsinin vacibliyi qeyd olunub.
Bu arada Hulusi Akarla bərabər MİT rəhbəri Hakan Fidanın da Moskvada olduğu bildirilir. Onun müzakirələrdə iştirak etdiyi deyilir.
OXŞAR XƏBƏRLƏR
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi