İraqın baş naziri Türkiyəyə səsləndi: "Müharibəyə hazırıq"

İraqın baş naziri Haydar əl-İbadi Türkiyənin İraq sərhədinə qoşun toplamasına münasibət bildirib. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, hökumət rəhbəri rəsmi Ankaraya xitab edərək "müharibə istəmirik, amma buna hazırıq" ifadəsini işlədib.

Ankaranın İraqa güc tətbiq etməsi, öz məğlubiyyətləri ilə nəticələnəcək", - deyə İbadi iddia edib.

Xarici qüvvələrin İraqın daxili işlərinə qarışmasını yolverilməz hesab etdiyini deyən, Bağdad rəsmisi bunu etmək istəyən istənilən tərəfə lazımı cavabı verməyə hazır olduqlarını söyləyib.

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR