Şəmkir məktəbində şagird şagirdi bıçaqladı

Şəmkirdə məktəbli məktəblini bıçaqlayıb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb.

 

Kənd orta məktəbinin 10-cu sinif şagirdi 16 yaşlı Ceyhun Məmmədov qarının kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Araşdırma zamanı məlum olub ki, Ceyhun Məmmədov eyni məktəbdə oxuyan 11-ci sinif şagirdi tərəfindən bıçaqlanıb. Belə ki, məktəbə avtomobili ilə gələn şagird park etmək üçün Ceyhundan ərazidən çəkilməsini tələb edib. Rədd cavabı alan məktəbli sürücü bıçağa əl atıb. Məktəbin direktoru şagirdlərin tərbiyəli olduğunu, aralarında heç zaman münaqişə baş vermədiyini deyib.

 

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində cinayət işi açılıb. Cinayəti törədən məktəbli yetkinlik yaşına çatmadığı üçün izahatı alınaraq valideynlərinə təhvil verilib. Araşdırma aparılır.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR