Bakıda VII Azərbaycan-Rusiya regionlararası forumu keçirildi
Bu gün Heydər Əliyev Mərkəzində VII Azərbaycan-Rusiya regionlararası forumu keçirilib.
APA TV-nin məlumatına görə, Azərbaycan İqtisadiyyat Nazirliyi və Rusiya İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilən forumda hər iki ölkənin dövlət rəsmiləri, parlament və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, iqtisadiyyatın sənaye, turizm, kənd təsərrüfatı, tikinti, ticarət, konsaltinq, logistika, əczaçılıq, İKT, maliyyə və digər sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edib.
Tədbirə Rusiyanın 9 subyektindən 250-dən çox, Azərbaycan tərəfdən isə 300-ə yaxın olmaqla ümumilikdə 600 iştirakçı qatılıb.
Forumda Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və Rusiya Prezident Administrasiyasının Xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov dövlət başçılarının forum iştirakçılarına təbrik məktublarını oxuyublar.
Forumda çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev tədbirin keçirilməsinin Azərbaycan və Rusiya dövlət başçılarının təşəbbüsü olduğunu və artıq ənənəyə çevrildiyini vurğulayıb. O bildirib ki, Azərbaycanın bu formatda tədbiri yalnız Rusiya ilə təşkil etməsi iki ölkə arasında uğurlu əməkdaşlığın göstəricisidir.
Rusiya iqtisadi inkişaf nazirinin müavini Aleksandr Tsibulski isə çıxışında ölkəsinin bu biznes tədbirində 8 regionla təmsil olunduğunu qeyd edib. Onun sözlərinə görə, hər iki ölkə rəsmilərinin həyata keçirdiyi uğurlu birgə fəaliyyət nəticəsində qarşılıqlı
Forumda 2016-cı ilin yanvar-avqust ayları ərzində ölkələr arasındakı ticarət dövriyyəsi 1 milyard dollar təşkil etdiyi, bu göstəricinin isə ötən ilə nisbətdə 40 faiz daha aşağı olduğu, buna rəğmən ölkəmizdən Rusiyaya idxalın həcmində 16 faizlik artımın qeydə alındığı diqqətə çatdırılıb.
Çıxış edənlər son illərdə təhsil sahəsi üzrə əməkdaşlıqda da bir sıra uğurların əldə olunduğunu, buna misal olaraq Rusiyada bu dövlətin hesabına 2000 nəfərədək azərbaycanlı tələbənin təhsil aldığı vurğulanıb. Turizm sahəsi üzrə əlaqələrə gəlincə, cari ildə ölkəmizə bu məqsədlə Rusiyadan 584 min nəfərin səfər etdiyi bildirilib.
Forum çərçivəsində Azərbaycanla Rusiya Federasiyası arasında sənaye, kənd təsərrüfatı, əczaçılıq və iqtisadiyyatın bir çox sahələrində əməkdaşlığı əhatə edəcək ümumilikdə 12 sənəd imzalanıb.
Qeyd edək ki, forum öz işini iqtisadiyyatın müxtəlif sahələrinə aid dəyirmi masalarla davam etdirəcək.
OXŞAR XƏBƏRLƏR
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi