Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Moskvaya getdi
Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi Hülusi Akar Rusiyaya səfər edib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, səfər Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun dəvəti əsasında baş tutub.
Səfər çərçivəsində keçiriləcək görüşlərdə iki ölkə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunacaq. Bundan başqa, Suriya və İraqdakı vəziyyət, İŞİD-lə mübarizədə koordinasiya da əsas müzakirə mövzusu olacaq.
Xatırladaq ki, Türkiyə ilə Rusiya arasında münasibətlər 2015-ci ilin noyabr ayından - təyyarə insidentindən sonra bir çox sahələrdə olduğu kimi hərbi sahədə də dondurulmuşdu. Türkiyə tərəfindən Rusiya hərbi gəmilərinin Bosfor boğazından hərəkətinə qadağa qoyulmasını gündəmə gətirilmişdi.
OXŞAR XƏBƏRLƏR
17:59
173
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
17:28
1171
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
17:27
1136
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
17:26
1166
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
13:58
2075
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
2206