İrandan Türkiyə və Səudiyyəyə çağırış: Gəlin bir yerdə həll edək

İran prezidentinin köməkçisi Əli Əkbər Salihi ölkəsinin rəsmi Ankara ilə bölgədəki prosesləri müzakirə etmək üçün bir araya gəlməyə hazır olduğunu bildirib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Salihi Türkiyəni böyük dövlət adlandıraraq, buna ehtiyac olduğunu açıqlayıb.

"Regionda baş verənləri müzakirə etmək və sülh əldə olunması üçün Türkiyə və Səudiyyə Ərəbistanı ilə danışıqlara hazırıq. Okeanın o tayından gələn qüvvələr olmadan da biz səmimi şəkildə bütün problemləri həll edə bilərik", - deyə Salihi qeyd edib.

Eyni zamanda İranın Atom Energetikası Qurumunun rəhbəri olan Salihi əlavə edib ki, bölgənin iki böyük dövləti olan Türkiyə və Səudiyyə Ərəbistanının baş verənlərə təsiri göz qabağındadır. Bu isə vəziyyəti gərginləşdirmək yox, əksinə, sülh əldə edilməsi üçün sərf edilməlidir.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR