Livanda iki il yarımlıq siyasi böhran bitdi: yeni prezident seçildi
Livan parlamenti ölkənin yeni prezidentini seçib. APA TV-nin məlumatına görə, ölkənin yeri rəhbəri general Mişel Aun olub.
Ölkə iki il yarımdan çoxdur siyasi böhran vəziyyətində idi. Əvvəlki prezident Mişel Süleymanın səlahiyyət müddəti 2014-cü ilin mayında başa çatmışdı. Livan konstitusiyasına görə, prezident yalnız parlament tərəfindən seçilən xristian maronit olmalıdır.
Böhran dövründə parlament üzvləri siyasi qüvvələr arasında fikir ayrılıqları üzündən kvoruma nail ola və yeni prezidenti seçə bilmirdilər. Səsvermənin baş tutması üçün azı 86 deputatın iştirakı vacib idi.
Parlamentin bazar ertəsi keçirilən iclasında 127 deputat iştirak edib. Mişel Aunun prezident seçilməsi üçün deputatlar dörd dəfə səs verməli olublar.
Hazırda Livan parlamenti iki cəbhəyə - Qərbyönümlü və Suriyayönümlü bloklara bölünüb. Siyasi böhran dövründə ölkə prezidentliyinə əsas namizəd “Hizbullah” şiə partiyasının müttəfiqi, 81 yaşlı general Mişel Aun hesab edilirdi. Onun namizədliyini Suriyayönümlü blokun tərəfdarları da dəstəkləyirdilər.
Uzun müddət Mişel Aunun rəqibi Qərbyönümlü “14 mart” blokunun nümayəndəsi və “Əl-Müstəqbəl” sünni partiyasının dəstəklədiyi Samir Caacaa idi. Bu ilin oktyabrında o, namizədliyini geri götürdü və Mişel Aunu dəstəklədiyini bəyan etdi.
OXŞAR XƏBƏRLƏR
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi