İslam Əməkdaşlıq Təşkilatının prezidentləri səhv salan baş katibi istefa verdi

İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad  Mədəni vəzifəsindən istefa verib. APA TV-nin məlumatına görə, bu barədə xəbəri “Əl-Ərəbiyə” telekanalı yayıb.

 

İyad Mədəni səhhəti ilə əlaqədar tutduğu vəzifədən istefa verməyi qərara alıb.

 

Ötən həftə mətbuat konfransında çıxış edən İyad  Mədəni Misir prezidenti Əs-Sisini Tunisin dövlət başçısı ilə səhv salmışdı. “Əminəm ki, sizin soyuducunuzda sudan başqa daha nə isə var ”, - yanlışlığını zarafatla düzəltmək istəyən İyad Mədəni Tunis prezidenti Beji Kaid əs-Sebsiyə demişdi. Bu sözlərə görə İslam Əməkdaşlıq Təşkilatının baş katibi tənqid atəşinə tuş gəlmişdi.

 

Qeyd edək ki, bir müddət əvvəl Şərm-əş-Şeyxdə gənclər qarşısında çıxış edən Misir prezidenti Əbdülfəttah Əs-Sisi 10 il ərzində soyuducusunda yalnız suyun yer aldığını bildirib.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR