Gəncədə dəhşətli qəza: 3 ölü, 4 yaralı
Gəncənin qərb çıxışında ağır yol-nəqliyyat hadisəsi baş baş verib. APA TV-nin qərb bürosunun məlumatına görə, “VAZ-2106” və “Volkswagen Passat” markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər ölüb, 4 nəfər isə ağır bədən xəsarətləri alıb.
Qəza nəticəsində dünyasını dəyişənlərdən ikisinin adı məlumdur. Onlar Gədəbəy rayon sakini, 1960-cı il təvəllüdlü Rafiq Hüseynov və 1985-ci il təvəllüdlü Vüsal Əhmədovdur. Yol qəzasının digər qurbanının şəxsiyyəti müəyyənləşdirilir.
Qəza zamanı Şəmkir rayon Seyfəli kənd sakinləri - 1987-ci il təvəllüdlü Rəşad Namazov, 1992-ci il təvəllüdlü Ricat Qafarov, 1989-cu il təvəllüdlü Pərviz Mahmudov və 1987-ci il təvəllüdlü Nicat Zeynalov xəsarət alıblar.
Yaralılar dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi