Badamdarda qanunsuz tikililər sökülür
Badamdar qəsəbəsində söküntü işləri başlanıb. APA TV-nin məlumatına görə, Səbail RİH-də yaradılmış işçi qrupu tərəfindən Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində torpaqların inventarlaşması aparılıb.
Araşdırma zamanı müəyyən olunub ki, bu ərazidə, tikilməkdə olan su anbarlarının birbaşa yaxınlığında hektarlarla sahə müxtəlif şəxslər, işbazlar, torpaq alverçiləri tərəfindən saxta sənədlər əsasında zəbt olunub, ərazi hasarlanıb, bir çox yerlərdə qanunsuz tikinti işləri aparılıb. İşçi qrupun apardığı araşdırmaların nəticəsi olaraq RİH tərəfindən burada zəbt olunaraq hasarlanmış torpaq sahələrinin hasarlarının sökülərək ərazinin ilkin vəziyyətə gətirilməsi prosesinə başlanılıb.
RİH tərəfindən bu işlərə texnika və işçi qüvvəsi cəlb olunub və bir neçə gün ərzində 3,4 ha ərazidəki hasarlar və qanunsuz tikililər sökülərək ərazi təmizlənib. Artıq 6 ha yaxın yeni ərazidə qeyri-qanuni zəbt olunmuş torpaq sahələrinin təmizlənərək dövlətə qaytarılması prosesinə başlanılıb.
Araşdırmalar zamanı torpaq sahələrinin bəzi işbazlar və torpaq alverçiləri tərəfindən köhnə tarixlə hazırlanmış saxta sənədlər əsasında rəsmiləşdirilməyə cəhdlər olunduğu müəyyən olunub, qanunsuz torpaq zəbti və qeyri-qanuni tikinti işləri ilə bağlı materiallar və saxta sənədlər müvafiq tədbirlərin görülməsi məqsədi ilə prokurorluq orqanlarına göndərilib.
OXŞAR XƏBƏRLƏR
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi