Lənkəranda yaralı qartal tapıldı

Lənkəranda yerli sakinlərdən biri yolun kənarında hərəkətsiz oturmuş qartal aşkarlayıb. APA TV-nin cənub bürosunun məlumatına görə, ilkin müayinədən sonra quşun yaralı olduğu müəyyənləşdirilib.

 

Qartalın müalicəsindən ötrü Lənkəran Rayon Baytarlıq İdarəsinə müraciət olunub. Lakin idarənin əməkdaşları qanadı qırılmış quşa yardım etmək iqtidarında olmadıqlarını bildiriblər. Daha sonra qartal Hirkan Milli Parkına təhvil verilib. Parkın mütəxəssisləri quşun güllə ilə vurulduğu və yarasının ağır olduğu barədə rəy veriblər. O da məlum olub ki, bu növ qartallar Lənkəran təbiəti üçün xarakterik deyil.

 

Qartal Hirkan Milli Parkında yaralı quş və heyvanlar üçün nəzərdə tutulmuş guşəyə yerləşdirilərək, ona lazımi tibbi yardımın göstəriləcəyi bildirilib.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR