İraq ordusu Mosula daxil oldu - ƏMƏLİYYATLAR BAŞLANDIQDAN İLK DƏFƏ

İraq ordusu əməliyyatlar başlandıqdan sonra ilk dəfə Mosula daxil olub.

APA TV-nin məlumatına görə, bu barədə ölkənin xüsusi təyinatlı qüvvələrindən məlumat verilib.

İŞİD-in paytaxtı sayılan Mosulun terrorçulardan təmizlənməsi üzrə əməliyyat oktyabrın ortalarından başlasa da, indiyədək döyüşlər əsasən şəhərətrafı ərazilərdə gedirdi.

Qeyd edək ki, həcminə görə ölkənin ikinci ən böyük şəhəri sayılan  Mosul iki ildən artıqdır ki, İŞİD-in nəzarəti altında idi.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR