Danışmayan, eşitməyən 11 yaşlı rəssamın fərdi sərgisi açıldı
Cəlilabad şəhər 7 saylı şəhər orta məktəbinin 6-cı sinif şagirdi, 11 yaşlı Sinan Məmmədlinin əl işlərindən ibarət “Mənim rəngli dünyam” adlı fərdi rəsm sərgisi təşkil olunub.
APA TV-nin cənub bürosunun məlumatına görə, sərgi Cəlilabad rayon Mədəniyyət və Turizm Şöbəsinin təşəbbüsü ilə rayondakı Dövlət Rəsm Qalereyasında keçirilib.
Sərginin açılışında Cəlilabad Rayon İcra Hakimiyyətinin, Biləsuvar Dövlət Rəsm Qalereyasının, yerli ictimaiyyətin nümayəndələri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri, balaca rəssamın yaxınları iştirak ediblər.
50-dək rəsm əsərinin nümayiş etdirildiyi sərgidə Sinan Məmmədlinin bir-birindən maraqlı əl işləri iştirakçıların böyük marağına səbəb olub. Balaca rəssam əl işlərini əsasən pastel və sulu boya ilə ərsəyə gətirib.
Tədbirin sonunda Sinan Məmmədliyə Cəlilabad rayon Mədəniyyət və Turizm Şöbəsinin Fəxri Fərmanı və hədiyyələri təqdim olunub. Sərgi noyabrın 12-dək davam edəcək.
Qeyd edək ki, Sinan Məmmədli anadangəlmə lal və kardır. 9 yaşından rəssamlığa maraq göstərib. O, Cəlilabad İcma Əsaslı Reabilitasiya Mərkəzinin nəzdində yaradılmış “Bacarıqlı əllər” və rayondakı Dövlət Rəsm Qalereyasında fəaliyyət göstərən “Gələcəyin rəssamları” dərnəklərinin üzvüdür.
OXŞAR XƏBƏRLƏR
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi