Masallıda iki maşın toqquşdu: 5 yaralı

Masallıda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, qəza nəticəsində ölən olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

 

Hadisə Qızılağac-Göytəpə yolunda baş verib. Masallı rayonunun Həsənli kənd sakinləri - 59 yaşlı Vyaçeslav Rəsul oğlu Mikayılovun idarə etdiyi "QAZel" markalı yük maşını 34 yaşlı Mərdan Mahmud oğlu Mikayılovun idarə etdiyi "VAZ-21015" markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüləri, həmçinin  sərnişinlər, Masallı rayonunun Həsənli kənd sakinləri - 40 yaşlı Dürrə Vyaçeslav qızı Mikayılova və 6 yaşlı Mahmud İsgəndərov Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Qəza zamanı adı məlum olmayan bir sərnişin isə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

 

İlkin versiya kimi qəzaya yağmurlu havanın səbəb olması və "QAZel"in dönmə əməliyyatını düzgün yerinə yetirməməsi göstərilir.

 

Faktla bağlı araşdırma aparılır. Qəzanın dəqiq səbəbləri təyin olunan avtoekspertizanın rəyindən sonra məlum olacaq.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR