Moskvada erməni restoranlarının açılmasına Türkiyə etiraz etdi - SƏBƏB

Rusiyada iki erməni restoranının açılması Türkiyədə ciddi etirazlar doğurub.

 

APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, hər şey bu restoranlarda müştərilərə əcnəbilər tərəfindən "erməni pizzası" adlandırılan lahmacun adlı yeməyin təklif edilməsindən sonra başlayıb.

 

Söhbət nazik lavaşın üzərində ət və ədviyyatlardan ibarət təamdan gedir. Məsələ burasındadır ki, həm Türkiyə, həm də Ermənistan sözü gedən yeməyin onlara məxsus olduğunu iddia edir.

 

Türkiyə telekanallarında dəfələrlə lahmacunun məhz bu ölkəyə məxsus olduğunu isbatlayan verilişlər nümayiş etdirilib.

 

Qeyd edək ki, bu, milli yeməklərin Ankara və İrəvan arasında gərginlik yaratdığı ilk hal deyil. Belə ki, daha öncə Ermənistanın sorğusuna əsasən lavaşın YUNESKO-nun qeyri-maddi, mədəni irsi siyahısına daxil edilməsi diplomatik cəbhədə münaqişəyə səbəb olub. Azərbaycan və Qazaxıstanın etirazlarına rəğmən, lavaş Ermənistan mətbəxinə aid yemək olaraq qeydiyyata alınıb.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR