Sərhədçilər ayı ovçularını yaxaladı - İKİ AYLIQ DİRİ AYI...

Dövlət Sərhəd Xidmətinin əməkdaşları qanunsuz ovla məşğul olan şəxsləri yaxalayıb.

 

DSX mətnuat mərkəzindən APA TV-yə verilən məlumata görə, 29 oktyabr 2016-cı il tarixdə saat 20:10 radələrində Şəki rayonunun Şin kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Dövlət Sərhəd Xidməti əməkdaşlarının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə həyata keçirdikləri tədbir nəticəsində sərhədboyu zonada qanunsuz ovla məşğul olan Şəki rayonu Şin kənd sakinləri Cəlilov Mehman Fərhad oğlu, Əzimov Şöhrət Yanvar oğlu, Güləhmədov Murad Beydulla oğlu, Həsənov Ramil Yamil oğlu, Nəcəfov Ovçu Vergüllah oğlu, Şirinov Asif Nizami oğlu və Paşayev Akif Kamil oğlu saxlanılıb.

 

Təsərrüfat işlərinin görülməsi məqsədilə müvafiq icazə əsasında sərhədboyu zonaya buraxılmış kənd sakinlərinə məxsus AQS 95-85 dövlət qeydiyyat nişanlı «URAL» markalı avtomaşına baxış zamanı 7 ədəd  ov tüfəngi, bir baş ovlanmış ayı cəmdəyi və iki aylıq diri ayı balası aşkar edilib.

 

Araşdırma aparıldıqdan sonra saxlanılan şəxslər barələrində qanuni qərar qəbul edilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanlarına təhvil verilib.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR