Türkiyə ilə Rusiya Suriya məsələsində razılaşdı
Rəsmi Ankara ilə Moskva arasında Suriya məsələsində yeni yol xəritəsi razılaşdırılıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, sözügedən razılaşma Hələbdən başlayaraq İdlib, Lazkiye, Rəqqa, Haseke bölgələrini əhatə edəcək yeni plana əsasən, adı çəkilən ərazilərdə müharibədən öncəki demoqrafik vəziyyətin bərpası nəzərdə tutulur.
Yeni sənədə əsasən, PKK-nın "kanton", "federasiya", "muxtar vilayət" anlayışları qəbul edilməyəcək və Rusiya ilə Türkiyə sözü gedən təşkilata qarşı birgə mübarizə aparacaq.
Eyni zamanda sənəd PYD-dən təmizlənən bölgələrdə yerli hakimiyyət orqanlarının təsis ediləcəyi və bu ərazilərin məclislər tərəfindən idarə olunacağını da nəzərdə tutur.
Bundan əlavə tərəflər PYD və PKK terror təşkilatlarına qarşı həyata keçirilməkdə olan "Fərat qalxanı" əməliyyatı çərçivəsində birgə mübarizə aparacaq.
Razılaşmanın müddəalarından biri isə Bəşər Əsədlə bilavasitə bağlıdır. Belə ki, sənədə görə Əsəd rejimi Lazkiye və Tartus bölgələrində hakimiyyətini bərqərar edəcək.
Rəsmi Moskvadan diplomatik kanallarla gələn xəbərlərə görə, Kreml rəhbərliyi "Ən-Nüsra Cəbhəsi" və "Əhrar-uş-Şam" qruplaşmalarının bölgədən təmizlənməsi məsələsində qərarlı olduğu bildirilir.
OXŞAR XƏBƏRLƏR
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi