Göytəpədə minik avtomobili yük maşını ilə toqquşdu: 1 ölü
Cəlilabadda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə bu gün saat 9.00 radələrində Ələt-Astara magistralının rayonun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Akif Mirişovun idarə etdiyi “Shacman” markalı ağır tonnajlı yük maşını Masallı rayonunun Təzə Alvadı kənd sakini, 1988-ci il təvəllüdlü Qeyrət Əlişan oğlu Alışovun idarə etdiyi “VAZ-2107” markalı, 10 RX 791 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Güclü zərbədən minik avtomobilinin sürücüsü aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib.
Qəzanın dəqiq səbəbləri avtoekspertizanın yekun rəyindən sonra məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:59
228
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
17:28
1184
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
17:27
1148
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
17:26
1168
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
13:58
2075
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
2208