Müdafiə Nazirliyi: Qəti cavab tədbirləri nəticəsində düşmən susdurulub
Erməni tərəfi minaatanlardan da istifadə etməklə cəbhədə vəziyyəti gərginləşdirir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumatda bildirilir ki, oktyabrın 30-da axşam saatlarından başlayaraq erməni silahlı bölmələri cəbhənin şimal-qərb istiqamətində yerləşən bölmələrimizin mövqelərini 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan, həmçinin "AQS-17" tipli avtomatik qumbaraatanlardan və iriçaplı pulemyotlardan atəşə tutub.
Qəti cavab tədbirləri nəticəsində düşmən susdurulub.
Müdafiə Nazirliyi bir daha xəbərdar edir ki, qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür.
OXŞAR XƏBƏRLƏR
17:59
229
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
17:28
1185
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
17:27
1149
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
17:26
1168
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
13:58
2075
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
2208