Birjalar açıldı, neft həftə ərzində 43 dollara kimi ucuzlaşa bilər
Birjalarda həftənin ilk hərraclarında neftin qiyməti bahalaşmağa başlayıb. İlk seansa 50,34 dollardan başlayan “Brent” neftinin qiyməti ilk 6 saatda 13 sent bahalaşıb. Hazırda bu markadan olan neft 50,47 dollardan təklif olunur.
Qərbi Texas nefti də həftəyə 48,24 dollarla start verib. Uzun müddətdən sonra ötən həftə 50 dollardan ucuz satılan WTİ neftinin bir bareli hazırda 48,52 dollardır.
Qiymətlərin 50 dollar ətrafında sabitləşməsi OPEK üzvü ölkələr arasında hasilatı aşağı salmaqla bağlı danışıqlarda nəticə əldə olunmamasıdır. Treyderlər İran və İraqın mövqeyində dəyişiklik ola biləcəyi ehtimalını zəif dəyərləndirir, bu səbəbdən həftə ərzində qiymətlərin 43 dollara kimi ucuzlaşa biləcəyini ehtimal edirlər.
Neftin bahalaşmasının qarşısını alan digər amil ABŞ-ın şist yataqlarında qazma qurğularının sayının artacağı ehtimalıdır. Qiymətlər 50 dolları ötən kimi şist neftini hasil etmək səmərəli olur, bu səbəbdən qazma qurğularının sayı artır. Bu isə bazara əlavə həcmdə neft daxil olması deməkdir.
OXŞAR XƏBƏRLƏR
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi