Avro bahalaşdı, rubl ucuzlaşdı - HƏFTƏNİN İLK MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 29-u ilə müqayisədə dəyişməyərək 1,6381 manat təşkil edib.

 

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası möhkəmlənərək 1,7967 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9973 manatdır. Beləliklə, funt sterlinq də artım nümayiş etdirib.

 

Rusiya rublu ucuzlaşıb, Türkiyə lirəsi və Gürcüstan larisi isə bahalaşıb. Hazırda 1000 rubl 26 manat, 100 lirə 52 manat 66 qəpik, 100 lari isə 68 manat 61 qəpikdir.


Azərbaycan Mərkəzi Bankı xarici valyutaların məzənnələrini həftə içi hər gün yeniləyir. Cümə günü axşam isə 3 günlük məzənnə açıqlanır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR