Diyarbəkirin bələdiyyə başqanları həbs edildi

Türkiyənin Diyarbəkir Bələdiyyəsinin sədri Gülden Kışanak həbs edilib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, beş gün əvvəl polis tərəfindən saxlanılan G.Kışanak barəsində məhkəmənin qərarı ilə həbs qərarı çıxarılıb.

 

Onun terror təşkilatına üzv olmaqda ittiham olunduğu bildirilib. Gülden Kışanakla birlikdə Diyarbəkir bələdiyyəsinin BDP üzvü olan digər başqanı Fırat Anlı barəsində də analoji qətimkan tədbiri seçilib.

 

Qeyd edək ki, Gülden Kışanak 2014-cü ildə keçirilən seçkilərdə qalib gələrək, Diyarbəkir Bələdiyyəsinin sədri olub.

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR