Qaxda 62 yaşlı kişi ağacdan yıxıldı
Qaxda bədbəxt hadisə baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Dəymədağlı kəndində qeydə alınıb.
Kənd sakini, 62 yaşlı Məhəmməd Yusifov həyətyanı sahəsində qoz yığmaq üçün ağaca çıxıb. Müvazinətini itirən kişi ağacdan yerə yıxılıb. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan kənd sakini dərhal Təcili Tibbi Yardım maşını ilə Qax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Cərrahiyyə şöbəsinə yerləşdirilən yaralıya ilkin tibbi yardım göstərilib.
Qax Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, hündürlükdən yıxılan Məhəmməd Yusifovun vəziyyəti xəstəxanaya daxil olarkən ağır olub. Ona döş qəfəsinin, qabırğaların və çanağın sınığı diaqnozu qoyulub. Hazırda xəstənin vəziyyəti ağır-stabildir.
OXŞAR XƏBƏRLƏR
17:59
332
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
17:28
1252
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
17:27
1212
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
17:26
1172
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
13:58
2080
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
2214