Bakıda dəhşət: ər keçmiş arvadının üstünə benzin töküb yandırdı
Bakıda dəhşətli hadisə baş verib. APA-nın məlumatına görə, hadisə bu gün paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsi, “Şam Bağı” restoranının yaxınlığında qeydə alınıb.
Qəsəbə sakini Ceyhun Zeynalov qısqanclıq zəminində keçmiş həyat yoldaşı Arzu Zeynalovanın üstünə benzin tökərək od vurub. Hadisə yerində olan şəxslərin köməkliyi ilə A. Zeynalova təcilli xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.
Xəzər rayon Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, hadisəni törədən C.Zeynalov saxlanılıb. O, keçmiş arvadının üstünə benzin töküb od vurarkən öz əllərini də yandırıb.
Onu da əlavə edək ki, A.Zeynalova C.Zeynalovdan ayrıldıqdan sonra başqası ilə ailə qurub.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:59
336
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
17:28
1254
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
17:27
1214
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
17:26
1172
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
13:58
2080
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
2214