Bakıda evlərdən pul və qızıl oğurlayan keçmiş məhkumlar ələ keçdi

Nizami Rayon Polis İdarəsi 24-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 12-dən 26-dək olan müddətdə paytaxt sakinləri olan 5 nəfərə məxsus evlərdən pul və qızıl əşyaları oğurlamaqda şübhəli bilinən keçmiş məhkumlardan ibarət dəstə zərərsizləşdirilib.

 

APA TV-nin xəbərinə görə, bunlar əvvəllər məhkum olunmuşlar - Babək rayon sakini Rəşid Eminov, Naxçıvan şəhər sakini Orxan Nağıyev, Qazax rayon sakini Nazir İsmayılov və Bakı şəhər sakini Heydər Bayramovdur.

 

N.İsmayılovun ətrafında aparılmış tədbirlərlə onun Ağcabədi rayon sakini Nadir Musayevə məxsus evdən 2000 manat pul və qızıl əşyalar oğurlaması, habelə O.Nağıyev və H.Bayramovla birgə Qazax rayon sakini Zülfüqar Həşimovun pulunu və 2 ədəd mobil telefonunu quldurluq yolu ilə alması da müəyyən olunub.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR