Bakıda Türkiyə Universitetlərinin sərgisi keçirilir

Bakıda Türkiyə Universitetlərinin sərgisi keçirilir.

 

APA TV-nin xəbərinə görə, qardaş ölkədə təhsil almaq imkanları ilə maraqlanan hər kəs 29-30 oktyabr tarixlərində sərgiyə təşrif buyura bilər.

 

Hər il olduğu kimi, bu il də yüksək keyfiyyətli təhsil imkanı, yataqxanalar və digər məsələlər barədə ətraflı məlumat verilib. Pulsuz təhsil imkanı barədə təqdimatlar keçirilib. Türkiyədə təhsil arzusunda olanlar sərgidə İstanbul Aydın, Bahçeşehir, Üsküdar, Doğuş və başqa ali məktəblər haqqında məlumat əldə etmək imkanı qazanıblar.

 

Layihə rəhbəri Razi Vəliyev sərgi barədə məlumat verib: “İldə iki dəfə özəl və dövlət universitetləri qarışıq keçirilir. İldə bir dəfə avqust ayında, sadəcə, özəl universitetlər olmaqla keçirilir. Yəni sərgilər silsilə şəkildə keçirilir. Bu, sayca 15-ci sərgidir. Bu dəfə çox sayda universitetlər iştirak edir. Türkiyədəki son hadisələr bir çox universitetlərin gəlməsinə mane oldu, amma iştirak edən universitetlər həm də oradakı vəziyyətin normala döndüyünü izah edirlər”.

 

Hər il təxminən 2500 nəfər gənc bakalavr və magistr təhsili üçün Türkiyəyə yola düşür. Budəfəki sərgidə 10 ali məktəb təmsil olunur.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR