İlanlar kəndə hücum etdi - İSMAYILLIDA MÜƏMMA
İsmayıllı rayonunda torpağın altından sürü halında üzə çıxan ilanlar görənlərin marağına və qorxusuna səbəb olub.
APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonun Kürdmaşı kəndi ərazisində, dağ yamacında peyda olan ilanları ilk görənlər elə kənd sakinləri olub.
Sakinlərin sözlərinə görə, ilanların üzə çıxdığı ərazi kəndin mal-qarası üçün örüş sahəsi olduğundan, bu vəziyyət insanları və heyvanları çətin duruma sala bilər. İlanların tədricən kəndə soxulması insanların narahatlığına səbəb olub.
Torpağın altından üzə çıxan ilanların uzunluğu 1.5 və 2 metr olub. Havaların soyuq və yağışlı olmasına baxmayaraq, ilanların torpağın altına gedərək yenidən üzə çıxması təəccüb doğurub.
Kənd sakinləri deyir ki, yay vaxtı kənd ərazisində ara-sıra ilanlar görünsə də, ilin bu vaxtı zəhərli sürünənlərin kütləvi şəkildə peyda olması xoşagələn hal deyil.
Kənd sakinləri ümid edirlər ki, sürü halında olan bu ilanlar tezliklə kənddən aralı bir yerə köç edəcək və ya torpaq altına qayıdacaqlar. Məlumdur ki, ölkəmizdə zəhərli ilanların sancmasından hər il xeyli sayda insanlar və heyvanlar ziyan çəkir. Bu səbəbdən narahat olan Kürdmaşı kəndinin sakinləri ilanların dağın yamacından kəndə doğru hərəkət edərək, insanlara və heyvanlara ziyan vuracağından qorxurlar. Yerli sakinlər son iki gündə sürü halında kəndə soxulan 40-dan çox ilanı öldürdüklərini, qalanlarının isə kolluq ərazidə gizləndiyini deyirlər.
OXŞAR XƏBƏRLƏR
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi