Tovuzda evdən televizor oğurlayan iki dost tutuldu
Tovuzda televizor oğurlayan iki dost saxlanılıb.
APA TV-nin qərb bürosunun məlumatına görə, rayon sakini Rəqiyyə Cəbiyevanın evdə olmamasından istifadə edən iki nəfər rayon sakini qadının evində qiymətli əşya və pul olduğunu zənn edərək, onları ələ keçirməyə cəhd ediblər.
Plan quran dostlar mənzilə daxil olsalar da, düşündükləri qədər qənimət əldə edə bilməyiblər. Yalnız evdə olan bahalı televizoru oğurlaya biliblər.
Həmyaşıdı Tural Əsgərovla növbəti oğurluğu həyata keçirən Emin Həsənov törətdiyi əməldən peşman olduğunu bildirib.
Qeyd edək ki, oğurluq etdiyi üçün ilk dəfə saxlanılan 32 yaşlı Tovuz rayon sakini Tural Əsgərov ailənin yeganə övladı, əvvəllər məhkumluq həyatı yaşayan Emin Həsənov isə 2 övlad atasıdır.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi açılıb, istintaq gedir.
OXŞAR XƏBƏRLƏR
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi