Türkiyə Rusiyanın xəbərdarlığına məhəl qoymadı: Suriya ərazisi yenə vuruldu
Türkiyə Silahlı Qüvvələri Suriyada terrorçulara aid mövqelərə hava zərbəsi endirib. APA TV-nin məlumatına görə, bu, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından açıqlanıb.
"Fərat qalxanı" hərəkatında terror təşkilatları İŞİD-in 50, PKK/PYD-nin isə 15 hədəfi qurudan və havadan vurularaq məhv edilib. Döyüşlərdə Azad Suriya Ordusunun 3 hərbçisi ölüb, 4-ü yaralanıb.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi təyyarələrin 22 oktyabrdan sonra Suriya ərazisində hava əməliyyatlarını dayandırdığı iddia olunurdu.
Dünən isə Rusiya və Əsəd qüvvələri Türkiyə hərbi təyyarələrini Suriya səmasına buraxmayıblar. Türk qırıcıları xəbərdarlıqdan sonra geri dönmək məcburiyyətində qalıblar.
OXŞAR XƏBƏRLƏR
17:59
335
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
17:28
1253
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
17:27
1213
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
17:26
1172
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
13:58
2080
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
2214