Neft yenidən 50 dollardan aşağı düşdü

Dünya birjalarında neft yenidən ucuzlaşıb. APA TV-nin məlumatına görə, son iki gündə nisbətən bahalaşan "Brent" nefti bir dollardan çox ucuzlaşaraq 50 dollardan aşağı düşüb. Dünən axşam saatlarında 50,84 dollardan satılan bu markadan olan neft hazırda 49,70 dollardan təklif olunur.


Qərbi Texas nefti də ucuzlaşıb. Hərraclarda WTİ nefti 48,67 dollardan satılır. Bu ötən gün səhər seanslarında qeydə alınan qiymətdən bir dollardan çox ucuzdur.

 

Neftin qiymətinin ucuzlaşmasına əsas səbəb OPEK və kartelə üzv olmayan ölkələrin neft hasilatının dondurulması barədə qərara gələ bilməyəcəkləri ehtimallarının artması olub. İki gün öncə rəsmi Moskva da heç bir şəkildə hasilatın dondurulmasına getməyəcəyini açıqlamışdı. Hasilatın dondurulması neft ixrac edən ölkələrin qiymətlərlə bağlı əsas ümidi hesab olunur.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR