Mosul əməliyyatı dayandırıldı

İraq ordusu Mosula hücumda fasilə elan edib. APA TV-nin məlumatına görə, bunu ABŞ HHQ-nın nümayəndəsi polkovnik Con Dorrian bildirib.

 

Onun sözlərinə görə, ordu azad edilmiş ərazilərdə “İraq Şam İslam Dövləti” terrorçularının olmadığına əmin olmaq istəyir.

 

Amerikalı hərbçi bildirib ki, İraq ordusu yaxın günlərdə azad olunmuş ərazidə əlavə təmizləmə işləri aparacaq. Fasilənin bir neçə gün davam edəcəyi, daha sonra Mosula hücumun bərpa olunacağı gözlənilir.

 

Son məlumata görə, İraq əsgərləri hücumu dayandırmazdan əvvəl Mosul yaxınlığında İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin yaxın əlaltılarından birini məhv ediblər.

 

Qeyd edək ki, Mosula hücum oktyabrın 17-də ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın dəstəyi ilə başlayıb.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR