Lerikdə dağ yolunda uçqun oldu - HƏVƏSKAR ÇƏKİLİŞ

Lerikdə dağ uçqunu baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında Lerik-Qosmalian-Kəlvəz avtomobil yolunun 10-cu kilometrliyində,  "Dağlar qapısı" deyilən ərazidə qeydə alınıb.

 

Uçqun nəticəsində yolun hərəkət istiqamətinin təxminən 50 metr məsafəsi böyük qaya parçaları ilə tam örtülüb. Xoşbəxtlikdən uçqun zamanı yoldan nəqliyyat vasitələri keçmədiyindən xəsarət alan olmayıb. Lakin yolda hərəkət tam dayanıb və  150-dən artıq avtomobil qeyri-müəyyən müddətə yolda qalıb.

 

Rayon mərkəzi ilə 50-dək yaşayış məntəqəsini birləşdirən əsas yola dərhal yerli yol-istismar sahəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub. Onların səyləri nəticəsində yol təmizlənməklə nəqliyyatın hərəkəti bərpa olunub.

 

Hazırda ərazidə yolun təmiri istiqamətində işlər davam etdirilir.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR