Siyəzən polisi Ağsu və İmişli sakinlərindən külli miqdarda narkotik götürdü
Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları Ağsu və İmişli rayon sakinlərindən külli miqdarda narkotik vasitə götürüb.
APA TV-nin xəbərinə görə, əməliyyat-istintaq tədbirləri zamanı İmişli rayon sakini Əliyev Allahverdi Məhəmməd oğlunun üzərinə baxış keçirilən zaman əynində olan gödəkçənin cibindən 1 ədəd bükülüdə 380 qram qurudulmuş marixuana aşkarlanıb.
Narkotik vasitənin mənbəyini müəyyən etmək istiqamətində aparılan əməliyyat-istintaq tədbirləri zamanı Ağsu rayon sakini İsgəndərov Pənah Əlihüseyn oğlunun yaşadığı evə baxış zamanı 95 ədəd kibrit qutusuna, 2 ədəd şüşə bankalara və 2 ədəd kapron qablara yerləşdirilmiş narkotik vasitə olan qurudulmuş marixuana götürülüb.
Faktla bağlı Siyəzən RPŞ-nin istintaq və təhqiqat bölməsində cinayət işi başlanıb, istintaq davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi