3 il əvvəl üzü dəyişdirilən qadın ilk dəfə görüntüləndi
Üzünün dərisi cərrahiyyə əməliyyatı ilə dəyişdirilən Yohanna adlı polyak qadın əməliyyatdan sonra ilk dəfə ictimaiyyətə təqdim olunub.
APA TV-nin "DailyMail"ə istinadən məlumatına görə, üzündəki şişlər nəticəsində üz quruluşunun sürətli dəyişməsi səbəbi ilə həkimə müraciət edən Yohannaya neyrofibromatoz, yəni genetik xoşxassəli şiş diaqnozu qoyulub. Xəstəlik gənc qızın nitq və qidalanma xüsusiyyətlərinin də məhdudlaşmasına səbəb olub.
Üç il əvvəl tanınmış plastik cərrah Adam Maçeyevski tərəfindən həyata keçirilən 23 saatlıq cərrahiyyə əməliyyatından sonra Yohanna ilk dəfə kütlə qarşısına çıxarılıb.
Həkimlərin verdiyi açıqlamada gənc qızın üzünün deformasiyaya uğraması genetik faktorlarla əsaslandırılıb.
Əməliyyata rəhbərlik edən cərrah Adam Maçeyevski Yohannanın üz dərisinin 80 faiz dəyişdirildiyini qeyd edib. Həkim bu patologiya ilə üzləşən insanlarda sümük, onurğa əzələsi ağrıları, eləcə də eşitmə probleminin yarandığını deyib.
Təqdimat zamanı həmçinin neyrofibromatozun heç bir halda xərçəng xəstəliyinə səbəb olmadığı qeyd olunub.
OXŞAR XƏBƏRLƏR
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi