Cəlilabadda su altında qalan yol açıldı

Cəlilabadda su bəndinin aşması nəticəsində bağlanan Ələt-Astara magistral yolu açılıb.

 

APA TV-nin cənub bürosunun xəbərinə görə, hazırda aidiyyəti qurumların nümayəndələri təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində ərazidə fəaliyyətlərini davam etdirirlər.

 

Qeyd edək ki, dünən Ələt-Astara magistralının Cəlilabadın Alar kəndindən keçən hissəsini su basıb və yol bağlanıb. Ələt-Astara magistralı ilə hərəkət edən nəqliyyat vasitələri üçün rayonun Cəfərli kəndi ərazisindən alternativ yol açılıb. Hadisə nəticəsində həmçinin xeyli sayda yaşayış evi, fərdi təsərrüfatlar, ictimai və iaşə obyektləri suyun altında qalıb, əhaliyə xeyli ziyan dəyib.

 

Təbii fəlakətin nəticələrini aradan qaldırmaq məqsədilə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, rayonun müvafiq qurumları hadisə yerinə cəlb olunublar. Ələt-Astara magistralı ilə hərəkət edən nəqliyyat vasitələri üçün rayonun Üçtəpə və Ocaqlı kəndlərinin ərazisindən alternativ yol açılıb.

 

Rayon Fövqəladə Hallar Komissiyasının sədri Vidadi Dövlətov hazırda dəymiş ziyanın hesablandığını və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcəyini bildirib.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR