İraqda şiə milis dəstələri İŞİD-ə qarşı əməliyyata hazırlaşır - TÜRKİYƏDƏN ETİRAZ
İraqda İranın dəstəklədiyi şiə milis dəstələri İŞİD-ə qarşı başlanılacaq əməliyyat barədə açıqlama veriblər.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, onların hədəfi 100 min türkmənin yaşadığı Telafer şəhəridir.
Şiə milislərdən ibarət "Haşdi Şabi"nin nümayəndəsi Əhməd əl-Əsədi Telafer istiqamətində irəliləmək üçün hazırlıqların bitdiyini qeyd edib. O, İraq dövlət televiziyasının efirindən hücumun yaxın günlərdə, bəlkə də yaxın saatlarda başlanacağını vurğulayıb.
Qeyd edək ki, "Haşdi Şabi" şiə lideri Ayətullah Əli əl-Sistaninin 13 iyun 2014-də etdiyi müraciətdən sonra İraq hökuməti tərəfindən iki gün ərzində yaradılıb.
Əksəriyyəti həm sünni, həm də şiə olan türkmənlərdən ibarət Telafer şəhəri 2014-cü ildə İŞİD-in nəzarətinə keçib. Telafer Mosulun 63 kilometrliyində yerləşir. Şiə milis qüvvəsi "Haşdi Şabi" İraq ordusunun Mosulu geri almaq üçün 17 oktyabrda start verdiyi əməliyyata dəstək verəcəyini açıqlamışdı.
Xalq Səfərbərlik Qüvvələri adı verilən İranın dəstək verdiyi "Haşdi Şabi" birləşməsinin Mosul əməliyyatına qatılmasına Türkiyə və sünni kəsim qarşı çıxır. Bu silahlı dəstənin cəbhədə yer almasına İŞİD-dən geri alınan bölgələrin sünni əhalisi də etiraz bildirir.
Xatırladaq ki, Bağdad hökuməti "Haşdi Şabi"ni rəsmən tanıyıb.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
Naxçıvan Regional DOST Mərkəzinin açılışı olub
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI