Kəmaləddin Heydərov Lənkəranda vətəndaşları qəbul etdi
Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov oktyabrın 28-də Lənkəranda vətəndaşları qəbul edib.
APA TV-nin cənub bürosunun məlumatına görə, FHN-in Cənub Regional Mərkəzinin binasında keçirilən qəbulda Lənkəranla yanaşı, qonşu Masallı, Cəlilabad, Lerik, Astara və Yardımlı rayonlarının sakinləri, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak ediblər.
Nazir tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin əksəriyyəti yerindəcə həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Bundan başqa, kadr və digər məsələlərlə bağlı müraciət etmiş vətəndaşlar nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
Naxçıvan Regional DOST Mərkəzinin açılışı olub
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI