Bakıda “Müasir dövrdə effektiv idarəetmənin problemləri” mövzusunda konfrans keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində “Doktorantura və əlavə təhsil” şöbəsinin təşkilatçılığı ilə “Müasir dövrdə effektiv idarəetmənin problemləri” mövzusunda konfrans keçirilib.

 

APA TV-nin xəbərinə görə, respublika elmi-nəzəri konfransında doktorant, dissertant və müstəqil tədqiqatçıların məruzələri dinlənilib.

 

Universitetin rektoru vəzifəsini icra edən Eldar Aslanov bildirib ki, konfrans bir neçə bölmə üzrə təşkil olunub. Əsas məqsəd Azərbaycanda mövcud idarəetmə problemlərinin aşkarlanması, müxtəlif sahələrdə qarşıya çıxan mühüm məsələləri təhlil müstəvisində qiymətləndirməklə səmərəli həll variantının təcrübədə uğurlu tətbiq edilməsidir: “Konfransın aktuallığı həm də onunla izah olunur ki, ölkəmiz müxtəlif sahələrə müxtəlif investisiyalar qoyur, yeni müəssisələr, təşkilatlar tikilir, istifadəyə verilir. Əsas problem həmin təşkilatların, həmin müəssisələrin öz profilinə uyğun işinin effektiv təşkil olunmasıdır. Biz də menecer kadrı hazırlayan universitet kimi özümüzə borc bilirik ki, bu sahədə olan problemləri elmi tərəfdən öyrənək. Təkliflərimizi, əldə etdiyimiz nəticələri tədris prosesində tətbiq edək ki, gələcəkdə hazırlanan kadrlar bilavasitə öz ixtisası, profili üzrə işləri uğurla həyata keçirə bilsinlər”.

 

Konfransa ümumilikdə 40-a yaxın məruzə təqdim edilib. Nəticələr elmi mərkəzlər və kitabxanalara təqdim olunacaq. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR