Əli Əhmədov: "Azərbaycan FETÖ ilə bağlı Türkiyənin atdığı addımları dəstəkləyir"

Qarabağ münaqişənin həllində iştirak edən dövlətlər prosesdə Türkiyənin rolunu etiraf etməyə məcbur olublar. APA TV-nin məlumatına görə, bu açıqlamanı jurnalistlərə baş nazirin müavini Əli Əhmədov deyib.

 

Onun sözlərinə görə, Türkiyə Azərbaycanın bütün problemlərinin çözülməsinə həssaslıqla yanaşır: “Hesab edirəm ki, bu, münaqişənin nizamlanması işində Türkiyənin yeni mərhələyə qalxmasından xəbər verir. Hər halda Türkiyənin münaqişənin ədalətli şəkildə, Azərbaycanın pozulmuş hüquqlarının bərpa olunması formasında həll edilməsinə hamıdan çox çalışan bir dövlətdir”.

 

Əli Əhmədov qeyd edib ki, Azərbaycan FETÖ ilə bağlı mövzunun həssaslığını nəzərə alaraq, Türkiyənin həmin problemin çözülməsi istiqamətində atdığı addımları dəstəkləyir və yanında olduğunu bəyan edir: “Başa düşürəm ki, bu problem Türkiyə üçün həssasdır və bunun üçün də əsasları var. Hər hansı bir günahı olanı varsa, bu, araşdırılmalıdır. Kampaniya aparıb, günahı olmayanı da bu işə qatmaq, ədalət baxımından düz olmazdı”.

 

Əli Əhmədovun fikrincə, istənilən məsələyə təmkinlə və səbirlə yanaşmaq lazımdır.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR